!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə çıxış edərkən infarkt keçirən deputatın son durumu açıqlandı - YENİLƏNDİ / VİDEO

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı kürsüdə çıxış edərkən infarkt keçirən Səadət Partiyasından olan millət vəkili Həsən Bitməzin son vəziyyəti açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə ökənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərəaçıqlama verib.

O, deputatın ürəyinin iki damarının tıxalı olduğunu və hazırda aparata bağlı şəkildə yaşadığını bildirib. Nazirin sözlərinə görə, onun vəziyyəti son dərəcə kritikdir.

***

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı kürsüdə çıxış edən Səadət Partiyasından olan millət vəkili Həsən Bitməz huşunu itirib. 

Yenicag.az xəbər verir ki, deputat müzakirə zamanı huşunu itirib və yerə yıxılıb. Onun köməyinə həmkarları yetişib.

Deputata ilkin tibbi yardım göstərilib. Yerə yıxılarkən başı mərmərə dəydiyi öyrənilən Bitməzə ürək masajı da edilib. Hasan Bitmez xəstəxanaya aparılıb.

 

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv