!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə "Süryani dili" mübahisəsi: İşin içinə "Bəqərə"ni qatdılar - FOTO

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilləri arasında mübahisə düşüb.

Yenicag.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin büdcəsinin müzakirə edildiyi TBMM iclasında müxalifət partiyaları arasında gərginlik yaşanıb.

Belə ki, kürsüyə çıxan DEM millət vəkili Corc Aslan kürsüdə süryani dilində danışıb. Buna etiraz edən İYİ Partiya deputatları türk dilində danışmalı olduğunu vurğulayıblar və beləcə mübahisə daha da alovlanıb.

İclası idarə edən vitse-spiker Sırrı Sürəyyə Öndərin: “Burada “Bəqərə”dən ayə oxunur, hansı biriniz “Türkcəsi nədir?” dediniz? Öz dilində salamladı, bir az dözüm”, – deyə müdaxiləsi divan üzvü İYİ Partiyadan olan deputat Yasin Öztürkün divanı tərk etməsi ilə nəticələnib. Öndər fasilə verməyə məcbur olub.

Deputatlar isə bir-birilərinə “tərbiyəsiz”, “qolunu qıraram sənin”, “hörmətsiz” kimi ifadələr işlədiblər.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv