!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parlamentin buraxılmağına psixoloji cəhətdən hazıram” – Hadı Rəcəbli

!Reklam – Yazi

“Yeni seçkilərin təyin edilməsi cənab Prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını dəyərləndirən Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, o, Milli Məclisin mövcud tərkibinin fəaliyyətinə xitam verilməsinə psixoloji baxımdan hazırdır:

“Əvvəla nəzərə alaq ki, Azərbaycanda bütün seçkilər cənab Prezidentin qərarı əsasında təyin edilir.

Bu baxımdan, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi hüququ da dövlət başçısına məxsusdur.

Mənim özümə gəldikdə, Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsinə psixoloji cəhətdən hazıram.

Haqqında ehtimal kimi danışdığımız növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülüb-sürülməməsinə isə mənsub olduğum partiya qərar verəcək.

Partiya seçkilərdə iştirakımı lazım bilərsə, namizədliyim irəli sürüləcək. Lazım bilinməsə, seçkilərdə iştirak etməyəcəm”.

A.Zeynalov

www.yenicag.az

3963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv