!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parnik çiyələklərinin yaratdığı TƏHLÜKƏ: Bir dəfəyə 150-200 qram yeməklə... - XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Parnik çiyələklərinin müntəzəm istifadəsi sağlamlığıza zərər verə bilər”.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qastroenteroloq və dietoloq Nuriyyə Dianova məlumat verib.

O, bildirib ki, antibiotik tərkibli meyvələrdən istifadə məsləhət görülsə də, parnikdə yetişən növlərindən çox yemək immun sistemini zəiflədə bilər:

“Antibiotiklər bakteriyaların yaratdığı infeksiyaları müalicə etmək üçün istifadə olunan dərmanlardır. Ancaq bütün bakteriyalar zərərli deyil, əksinə, miqdarında istifadə bədənin normal fəaliyyətini qorumaq üçün gərəklidir.

Lakin çiyələk və digər antibiotikli məhsullardan çox istifadənin təhlükəsi ondan ibarətdir ki, bağırsaqlara daxil olan dərmanın müntəzəm mikrodozları floranı maneə törədən təbii mikrob tərkibini məhv edir. Buna görə patogen bakteriyaların sayı artır və nəticədə immun sistem zəifləyir, bu da xəstəliklərə səbəb olur”.

Mütəxəssislər vaxtaşırı – bir dəfəyə 150-200 qramdan çox olmayaraq mövsümdə bir-iki dəfə belə qidaları yeməyi məsləhət görürlər.

Ümumiyyətlə isə, çiyələk seçərkən kimyəvi gübrə və pestisidlərdən istifadə etmədən yetişdirilən təzə və təbii çiyələklərə üstünlük verməyi tövsiyə edilir.

 

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv