!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya niyə QEYDİYYATDAN KEÇMƏDİ? - "Əminəm ki, verdiyimiz 10 minlik siyahının ən azı 9 mini dəqiqdir"

!Reklam – Yazi

“Əminəm ki, verdiymiz 10 minlik siyahının ən azı 9 mini dəqiqdir”.

Bu sözləri partiyasının qeydiyyata alınmasına Ədliyyə Nazirliyindən “yox” cavabı gələn və ümumi vəziyyəti şərh edən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, yəqin birinci dəfədən 5 min üzvün təsdiqlənməməsi barədə qərar var:

“Prosedur qaydasına görə, minimum 5 min üzv lazımdır. Hər partiya 5 mindən çox üzv təqdim edib. Məsələ belədir ki, partiyanın təqdim etdiyi üzv sayında bir nəfər belə yanlış çıxırsa, sənədlər geri qaytarılır ki, həmin şəxsin məlumatı dəqiqləşdirilsin. 5 min nəfəri keçmək anlayışı yoxdur. Verdiyin siyahıların doğruluğuna görə qeydiyyat məsələsi baş tutur.

Biz 10 min nəfərlik siyahı vermişdik. Bizə verilən sənədlərə görə, onlardan 4435-i təsdiqlənib. 3400-ü sistemdə tapılmayıb. Ədliyyə Nazirliyinin izahına görə, mümkündür ki, texniki səhv olsun. 1400 nəfərdən çoxu guya partiyadan imtina edib ki, partiya üzvü deyillər. 190 nəfəri digər partiyaların üzvüdür.

İlkin araşdırmanı aparımışıq. Sənədləri almışıq. Orda xeyli çatışmazlıqlar var. Bizim bir rayon təşkilatı var, onun sədrini başqa partiya üzvü kimi qeyd ediblər. Biri var passiv adama ola, o şəxs aktiv adamdır.

Partiya üzlüyündən imtina edənlərlə əlaqə saxlanılıb. Hamısı deyir ki, bizə zəng gəlib və demişik ki, üzvük, lazımdırsa, səs yazılarını çıxarsınlar. İlkin araşdırmamız onu deyir ki, xeyli boşluqlar olub. İşçi qrupu yaratmışıq. Bizim işçi qrupu ilə Ədliyyə Nazirliyinin işçi qrupu faktları birgə yoxlayacaq. Əminəm ki, verdiymiz 10 minlik siyahının ən azı 9 mini dəqiqdir.

Bu günə qədər sənədlərini təqdim edən partiyalar içərisində ən çox təsdiq alan partiya bizik. Müsavatla AXCP toplamında bizim qədər etmir. Bundan sonra gələn cavablarda bizdən çox təsdiq alan olmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv