!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiya sədri statusu kimlərəsə məsuliyyətdən yayınmaq üçün lazımdırsa, o zaman...” – MÖVQE

!Reklam – Yazi

“Təkrar qeydiyyat üçün partiya üzvləri sayının beş min həddində müəyyən edilməsi böyük güzəştdir”.

Bu fikirləri yeni qanunvericiliyə əsasən, üzvlərinin sayını ən azı 5 min nəfərə çatdıra bilməyən partiyaların öz fəaliyyətini dayandırmalarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

MMP sədrinin fikrincə, yeni tələblərə əməl edə bilməyən partiyaların siyasi səhnədən çəkilmələri təqdir olunmalıdır:

“Ötən açıqlamalarımda da dediyim kimi, Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac vardı. Hamı görürdü ki, qeydiyyatdan keçən partiyaların sayı onlarla olsa da, onların çoxu yalnız öz sədrlərindən ibarətdir. Çoxu heç qohum-əqrəbasını da partiyaya cəlb edə bilməmişdi.

Ümumiyyətlə, sovet dönəmində kooperativ təsis etmək necə dəbə minmişdisə, bizdə də partiya yaratmaq o cür dəbdə idi. Tələblərin ağır olmaması səbəbindən istənilən şəxs partiyasını qeydiyyatdan keçirə bilirdi. Ancaq belə olmamalıdır.

Siyasi təşkilatın bütün ölkəni əhatə edən strukturları, on minlərlə üzvü olmalıdır. Təkrar qeydiyyat üçün partiya üzvləri sayının beş min həddində müəyyən edilməsi böyük güzəştdir. Bu rəqəm azı on min nəfər olmalı idi ki, partiya yaratmaq istəyənlər düşünüb-daşınsınlar.

Digər tərəfdən, bəziləri partiya sədri statusundan sui-istifadə etməkdədirlər. Partiya sədri statusu kimlərəsə məsuliyyətdən yayınmaq üçün lazımdırsa, o zaman tələblərin sərtləşdirilməsi zəruridir. Təqribən iki aydan sonra bu proses yekunlaşacaq. Fiikrimcə, Azərbaycanda on–on beş normal partiyanın olması kifayətdir”.

A.Zeynalov

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv