!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən DTX-YƏ ÇAĞIRIŞ: "Dövlət strukturlarındakı rusbaşlılar..."

!Reklam – Yazi

“Ölkə daxilindəki maşalar Ankara-Bakı yaxınlaşmasında qətiyyən maraqlı deyillər, istənilən məsələdə çat yaratmağa, əlaqələri yumşaq yolla qırmağa çalışırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Şuşada tikdirmək istədiyi məktəblə bağlı yaranan anlaşmazlığın səbəblərinə toxunan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyev iki ölkənin daha da yaxınlaşmasının daxili və xarici qüvvələr tərəfindən əngəllənmək istəndiyini qeyd edib:

“Bu məsələ anlaşılmazlıq kimi təqdim olundu və Azərbaycan tərəfi də rəsmi mövqeyini bildirdi, məsələ sahmana salındı. Mühüm olan ölkə prezidentinin Türkiyənin milli təhsil nazirini qəbul edərkən bu məsələni təsdiqləməsi idi.

Azərbaycanla Türkiyənin bu qədər yaxınlaşmasını istəməyən çox sayda qüvvənin olması da heç kəsə sirr deyil. Mən hələ kənar dövlətləri bir qırağa qoyuram, bu qüvvələr həm Türkiyənin, həm də Azərbaycanın daxilindədir. Bu maşalar Ankara-Bakı yaxınlaşmasında qətiyyən maraqlı deyillər, istənilən məsələdə çat yaratmağa, əlaqələri yumşaq yolla qırmağa çalışırlar.

İkincə tərəfdən, böyük dövlətlər Türkiyə və Azərbaycan məhvərində olan Türk Əməkdaşlıq Təşkilatının formalaşmasını istəmirlər. Xarici qüvvələr Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq olmasında maraqlıdırlar.

Dövriyyəyə buraxılan fikir dövlətimiz tərəfindən təkzib edildi. Lakin mən istisna etmirəm ki, dövlət strukturlarında rusbaşlılar, Türkiyə-Azərbaycan birliyini istəməyənlər var və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu məsələlərlə məşğul olacaq”.

Aqil Bəkir

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv