!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən NAZİRƏ: "Kişilik qürurun varsa, sabah məni qapıda gözlə" - VİDEO

!Reklam – Yazi

Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ onu təhqir edən ölkənin daxili işlər naziri Süleyman Soyluya çağırış edib.

Yenicag.az xəbər verir ki, Suriyadan gəlib Türkiyədə məskunlaşdırılan qaçqınlarla bağlı sərt ifadələr səsləndirən, onların ölkələrinə geri göndərilməsilə bağlı açıqlamalar verən Özdağ iqtidarın hədəfinə tuş gəlib.

Deputat, nazir, nazir müavinləri səviyyəsində etirazlar edilərək partiya sədri faşistlikdə günahlandırılıb.

Ən son bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə Özdağa ünvanla, “Mən bu adamı adam yerinə, insan yerinə qoymaram. Bu, heyvandan aşağı adamdır. Soros uşağıdır, əməliyyat (yəni layihə – red.) uşağıdır”, – deyib.

Bundan sonra mətbuat konfransı təşkil edən Ümid Özdağ bu günə qədər heç bir təhqirə cavab vermədiyini və təhqirlə bağlı özünə qarşı bir məhkəmə iddiasının qaldırılmadığını bildirib, lakin burada vəziyyətin tamam başqa olduğunu vurğulayıb:

“Soylunun təhqiri şəxsimlə bağlı deyil, çox ağırdır. Birbaşa “Soros uşağı”, “Əməliyyat uşağı” deyərək ailəni də əhatə edir. Mən sabah “Zəfər” Partiyası sədri olmaqla birlikdə, Ümid Özdağ olaraq yalnız Daxili İşlər Nazirliyinin qarşısına gedəcəm. Yalnız və silahsız. Süleyman Soyluya buradan səslənirəm: Süleyman, zərrə qədər kişilik qürurun varsa, saat 11-də məni qapının önündə gözlə”.

 

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv