!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən “qorxaq mövqe”yə TƏPKİ: “Füzulinin kəndləri işğaldan necə azad edilibsə, Qazaxın da...”

!Reklam – Yazi

“Bizim daxilimizdəki bəzi dairələr belə qorxaq mövqe sərgilədəyi üçün Paşinyan deyir ki, Azərbaycan ərazisində 31 kəndimiz var”.

Bu fikirləri Qazaxın erməni işğalında qalan 7 kəndinin Azərbaycanda bəzi dairələr tərəfindən anklav adlandırılması və həmin yaşayış məntəqələrinin gələcək taleyi haqda danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Füzulinin kəndləri işğaldan necə azad edilibsə, Qazaxın kəndləri də o yolla təmizlənməlidir:

“Məndən başqa demək olar, hamı Qazaxın 3 kəndinə anklav deyir. Bu erməni dəyirmanına su tökməkdir. İsrarla deyirəm ki, Qazaxın kəndlərinə anklav demək böyük yalnışlıqdır. Ölkə prezidenti də Qazaxın kəndlərinin anklav olmadığını deyəndən sonra ritorika dəyişdi.

Qarabağ işğal edildiyi kimi, Qazaxın o kəndləri də işğal olunub. Qarabağı hərbi yolla azad etmişik. BMT Nizamnaməsinə görə, işağl altındakı torpaqlar hərb yolu ilə azad edilə bilər. Bizim mövqeyimiz budur ki, Azərbaycan o torpaqları işağldan azad edəcək. Bir qism Rusiyanın, digər qism isə Qərbin müəyyən dairələrinə xoş gəlmək üçün o kəndlərə anklavlar deyir.

Bizim daxilimizdəki bəzi dairələr belə qorxaq mövqe sərgilədəyi üçün Paşinyan deyir ki, Aəzrbaycan ərazisində 31 kəndimiz var. Bunlar hamısı kökündən yalnışdır. Adamlar anklav deyirlər, ya qorxaqdırlar, ya da yarınmaq istəyilər. Bu, Azərbaycan xalqının kürəyinə arxadan bıçaq vurmaq deməkdir. O iddianı da belə əsaslandırmağa çalışırlar ki, guya bununla mövqeləri yumşaldırlar.

Xristian dünyası birmənalı Ermənistanın yanındadır. Siyasi cameəmiz qarışıqdır, qorxaq mövqe tutanlar, kənar qüvvələrin təsir dairəsinə düşənlər var. Biz anklav ifadəsini işlətməməliyik. Qazaxın kəndləri nə vaxt anklav vəziyyətinə düşüb? 80-90-cı illərdə. Azərbaycan bildiyiniz kimi, Xalq Cümhuriyətinin varisidir. Bundan çəkinmək olmaz. Heç bir dövlətin yox, yalnız Azərbaycanın kölgəsinə sığınmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv