!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən Ramiz Mehdiyev TƏLƏBİ: "Hüquq qarşısında cavab verməlidir"

!Reklam – Yazi

“Dövləti sarsıdacaq ittihamlar səsləndirən kəslər hüquq qarşısında cavab verməlidir”.

Bu sözləri son günlər Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında gəzən geniş müzakirələr fonunda onun sərgilədiyi sərt mövqeni dəyərləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev AMEA rəhbərliyindən istefa verməsi barədə hakimiyyət tərəfdarlarının çağırışlarına dövlətə zərər vurmaq bahasına belə sərt reaksiya verməsi qəbulolunmazdır:

“Sabiq PA rəhbəri illərlə bu dövlətin çörəyini yeyib. Seçkilər zamanı nə üçün susurdu? Nə üçün istefası tələb olunduğu zaman baş verən saxtakarlığı xatırladı? Əgər saxtakarlıq olunubsa və bunu Ramiz Mehdiyev bildiyi halda susubsa, deməli, ən az o saxtakarlığı törədən şəxs qədər o da məsuliyyətə cəlb olunmalıdır. Əgər sadəcə qəzəbindən sərt reaksiya verərək dövlətə, seçki prosesinə, qanunun aliliyinə olan güvəni sarsıtmaq cəhdləri, şər və böhtan atırsa, yenə də sabiq PA rəhbəri məsuliyyətə cəlb olunmalıdır.

Hesab edirəm ki, heç kəs Azərbaycanda son illər prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan köklü islahatlara, demokratik, ədalətli seçki prosesinə kölgə sala bilməz. Bu dövlətçiliyə və Azərbaycan qanunlarına olan sayqısızlıqdır, cinayətdir. Kimliyindən asılı olmayaraq heç kəs dövlət qanunlarına, bütün xalqın güvənib iştirak etdiyi seçki prosesinə xələl gətirə bilməz. Vəzifə uğruna dövləti sarsıdacaq ittihamlar səsləndirən kəslər hüquq qarşısında cavab verməlidir”.

Gülşən Şərif

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv