!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən ŞOK AÇIQLAMA: "Vasif Talıbovdan danışdıqca bizim də günümüz qara olur"

!Reklam – Yazi

“Vasif Talıbov məsələsinin oyun olduğunu indi-indi dərk edirəm”.

Bu fikirləri Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun gələcək taleyi ilə bağlı danışarkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev bildirib ki, Naxçıvanda baş verən proseslərin sonu olmayacaq:

“Müəyyən məsələlərdən millətin fikrini yayındırmaq üçün belə bir gündəm ortaya atılıb. Vasif Talıbov məsələsinin oyun olduğunu indi-indi dərk edirəm. Hamımız oyunun içindəyik. Vasif Talıbov və oğlu hələ də Naxçıvan Ali Məclisinin üzvüdür. Onun rəvətxorluğunun, vətənə xəyanətinin üstünü açmaqla səhv etmişik. Vasif Talıbovdan danışdıqca bizim də günümüz qara olur. Tənqid, təhqir və hətta təhdid belə edirlər.

Vasif Talıbov və oğlanları həbs edilməlidir, niyə edilmir? Şəhərin müxtəlif yerlərində – Həsən Əliyev küçəsində, “Gənclik” metro stansiyası yaxınlığında, Pirşağıda dəniz kənarında yerləşən heç bir villası əlindən alınmayıb. Birindən çıxıb digərinə gedir. Vasif Talıbova da elə bu lazım idi ki, büdcəni talayaraq tikdiyi villaların qapısını açsın.

Vasif Talıbovun əlindən heç nəyi almayıblar, heç onu tutmayacaqlar da. Filan şey əlindən alındı, filan şey də onun imiş. Bəs yaxşı, əlindən alınanlar hansı büdcəyə keçirildi? Sadəcə mediaya yalan şayiələr buraxılır. Çətin gündə gündəmi kiminsə adı ilə dəyişmək özümüzü aldatmaqdan başqa birşey deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv