!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən TƏBİB-ə CAVAB: “Nə gələn var, nə soruşan… Bəlkə dərman almağa imkanım yoxdur…”

!Reklam – Yazi

“Hələ partiya sədriyəm, mənimlə belə davranırlar, görün, adi vətəndaşların başına nə oyun gətirirlər?”

Bu sözləri Yenicag.az-a açıqlamasında 10 saat ərzində COVID-19 testinin nəticələri fərqli çıxan AĞ Partiyanın sədri Tural Abbaslı TƏBİB-in bununlı bağlı verdiyi izahata cavabında bildirib.

Partiya sədrinin sözlərinə görə, TƏBİB-in cavabında məntiqə uyğun heç nə yoxdur:

“TƏBİB iddia edir ki, testin nəticəsi müəyyən səbəblərdən fərqli çıxa bilər. Pozitiv çıxandan sonra qan analizi də vermişəm, nəticə neqativ çıxıb. Düşünürəm ki, sistem düzgün qurulmayıb. Kimin testi pozitiv çıxıbsa, dəqiqləşdirmək əvəzinə, portala qeyd edirlər. 14 günlük evə qapadıblar. Nə arayış yox, nə maraqlanan yox.

TƏBİB birinci testin nəticəsinə baxır, digər testlər onlara maraqlı deyil. Apellyasiya metodu da yoxdur ki, şikayət edəsən. Necə olur, 10 saat ərzində iki fərqli cavab çıxır? 4 gündür evdəyəm. Hesab edək, xəstəyəm.

Nə gələn var, nə soruşan var. Bəlkə imkanım yoxdur dərman almağa. Qeydə alıblar, “evdən çölə çıxma” deyirlər. Bəs ehtiyaclarımı necə yerinə yetirim. Hələ partiya sədriyəm, mənimlə belə davranırlar, görün, adi vətəndaşların başına nə oyun gətirirlər?”

Səxavət Məmməd

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv