!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən XAOS İTTİHAMI: “Səhiyyə sahəsində eyni funksiyanı 2-3 qurum həyata keçirəndə…”

!Reklam – Yazi

“Vətəndaşlara düzgün yolu Səhiyyə Nazirliyi, TƏBİB, yoxsa İcbari Tibbi Sığortanın göstərəcəyi bilinmir”.

Bu fikirləri ölkədə qızılca xəstəliyinin sürətlə yayılması fonunda səhiyyə sisteminin işləkliyini dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, eyni funksiyanı yerinə yetirən bir neçə qurumun mövcudluğu səhiyyə sistemində xous yaradıb:

“Uşaqlar arasında qızılca xəstəliyinin sürətlə yayılması və artıq bir neçə ölüm faktının qeydə alınması cəmiyyətdə ciddi təşviş yaradıb. Valideynlər bu vəziyyətdə övladlarını məktəbə buraxmaq istəmir.

Düşünürəm ki, bu məsələdə səhiyyə sisteminə cavabdeh orqanlar operativlik göstərməlidirlər. Hər gün olmasa da, iki gündən bir bu yoluxucu xəstəliyin yayılma vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməli, görülən və nəzərdə tutulan proflaktiv tədbirlərin siyahısı açıqlanmalı, insanları sakitləşdirəcək bəyanatlar verilməlidir.

Əhali bilməlidir ki, stiuasiya peşəkarlıqla işləyən sistemin nəzarəti altındadır. Ancaq baxanda görürük ki, səhiyyə sistemində xous hökm sürür. Vətəndaşlara düzgün yolu Səhiyyə Nazirliyi, TƏBİB, yoxsa İcbari Tibbi Sığortanın göstərəcəyi bilinmir. Yəni cavabdehlərin çoxluğu belə bir xaosa səbəb olub.

Düşünürəm ki, səhiyyə sistemində yenidən islahat aparılmalıdır. Bu dağınıqlıq insanların xeyrinə deyil. Telekanallara baxın, türkəçarə “uzman”larından tutmuş, dələduzlara qədər hamı tibbi xidmət göstərir. Kimin reklamı varsa, insanlar onun yanına axışır. Sonra məlum olur ki, o adamın heç tibbi təhsili də yoxdur.

Belə hallara qarşı nəzarət gücləndirilməlidir. Ona görə də, eyni funksiyanı 2-3 qurum həyata keçirəndə, belə qarışıqlıq yaranır. Bir dəfə təcili tibbi yardımda işləyən həkimdən hansı quruma tabe olduqlarını soruşanda, dəqiq cavab verə bilmədi. Onlar özləri də ortaqlıqda qalıb. Vəziyyətin bu həddə çatması sistemsizliyin nəticəsidir. Tibb sahəsində kifayət qədər savadlı, bilikli insanlarımız var, ancaq sistem yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

1932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv