!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrini başından silahla vurdular

!Reklam – Yazi

İspaniyada ifrat sağçı “Vox” partiyasının qurucularından olan Alexo Vidal Quadrasa paytaxt Madriddə silahlı hücum edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər siyasətçinin başından silahla vurublar. Nəticədə ağır yaralanan Quadrasa xəstəxanaya  aparılıb, vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlatan polis hələ də hücumun səbəbini müəyyən edə bilməyib.

Digər tərəfdən, İspaniyada “İsrailin avropalı dostları” adlı lobbi qrupunun üzvü olan Alejo Vidal Quadrasaya silahlı hücumun arxasında İranın ola biləcəyi iddia edilib.

İspaniyanın EFE xəbər agentliyinin istintaqa rəhbərlik edən polis mənbələrinə əsaslanaraq verdiyi xəbərdə ifrat sağçı liderin polisə verdiyi ilk ifadəsində hücumun arxasında İran rejiminin ola biləcəyini ifadə etdiyi bildirilib.

Həmçinin., Quadrasın uzun illərdir əlaqə saxladığı İran Milli Müqavimət Şurası da ispan siyasətçiyə hücumu “qətiyyətlə” pisləyən açıqlama verib.

2014-cü ildə İspaniyada keçirilən seçkilərdə “Vox” partiyasına maliyyə dəstəyi verdiyi bilinən İran Milli Müqavimət Şurası Tehran rejiminin Quadrası “terrorçu” olaraq təyin etdiyini bəyan edib.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv