Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Partiya sədrinin müavini: “Bu, bəyaz islahat”ın ən uğurlu addımı kimi dəyərləndirilməlidir”

Ötən həftənin gündəmi qardaş Türkiyə Cümhuriyyətinin Suriya ərazisində keçirdiyi hərbi əməliyyatlar olsa da, həftənin sonuna doğru ölkə daxilində baş verən siyasi proseslər ölkə ictimaiyyətinin diqqətini iqtidar-müxalifət münasibətlərinə yönləndirdi.

Azərbaycan Respublikası Prezident Adminstrasıyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müxalif partiyalar da daxil olmaqla siyasi partiya liderləri ilə görüşlər təşkil etməsi diqqəti daha çox bu mövzuya yönəltdi. Belə xarakterli görüşlərin təşkili ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində aparılan, kadr dəyişikliyindən erkən bələdiyyə və parlament seçkilərinə qədər davam edən “bəyaz islahat”ın davamı hesab etmək olar.

Reallıqda bu addımı hakimiyyətin “iqtidar-müxalifət münasibətlərinin siyasi mədəniyyət çərçivəsində formalaşdırılması” yuxarıda qeyd olunan “bəyaz islahat”ın ən uğurlu addımı kimi dəyərləndirilməlidir.

Əslində iqtidar, “müxalifətə siyasi dözümlülük” prossesinə bir neçə müddət öncədən başlamışdı.

AXCP-nin Bakı Meriyasının yanında keçirdiyi piket, AXH-nın “Qarabağa azadlıq” aksiyası qeyd etdiyimiz “siyasi dözüm”ün nümunəsidir və bu nümunələrin son nöqtəsi müxalifət partiya liderləri ilə görüşlərin təşkili prosesinə başlanması oldu.

Bu yanaşmaya siyasi partiyaların reaksiyasını hesablamaq hər bir halda çətin olsada ümid edirik ki, siyasi partiyalar erkən parlament seçkiləri zamanında yaranan “baykotçular” və “seçki dəstəkçiləri” kimi iki qrupa bölünməyəcək.

Zamanla ölkə müxalifəti mövcud iqtidarın siyasi kursuna tənqidi yanaşsalarda hadisələr iqtidarın “kadr və siyasi islahat” mövzusunda dayanıqlılıq nümayiş etdirdiyini göstərir.

Buna nümunə kimi son bələdiyyə və parlament seçkilərində son seçkilərə qədər praktiki olaraq tanınmayan iddiaçıların namizədliyinin təsdiqinə və təbliğat-təşviqatlarının aparılmasına maneələrin yaradılmamasını göstərmək olar.

Yuxarıda sadaladıqlarım hakimiyyətin siyasi partiyalar ilə də görüşlərdə səmimi və dayanıqlı mövqe ortaya qoyduğunu göstərdi. Ancaq müxalifətin bu islahat addımına yanaşması seçkilərdə olduğu kimi bir mənalı olmadı.

Keçmiş baş Nazir Pənah Hüseyn Dövlət tərbiyəsi göstərərək dəvəti qəbul etdi və Prezident Adminstrasiyasına getdi. İlqar Məmmədov görüş təklifini qəbul etsə də, siyasi təkəbbür göstərərək, görüşün Prezident Adminstrasiyasında yox, başqa yerdə keçirilməsini istədi. İqtidar təmsilçiləri növbəti dəfə səmimi mövqe sərgilədi və görüş şərtlərini qəbul edərək niyyət olaraq müsbət nəticəyə kökləndiklərini göstərdilər.

Dəvət olunanlardan “siyasi əzələ nümayişi” Müsavat başqanı Arif Hacılıdan gəldi. O, siyasi görüşün “Müsavat” qərargahında keçirilməsini istəyərək müsbət nəticəyə gəlmək əvəzinə şəxsi nüfuz prinsipi göstərməsi və yaxud da ölkədə destruktiv qüvvələrin, partiyaların siyasi danışıqlara getməsini “xəyanət” kimi dəyərləndirməsindən özünü qoruma mexanizmi kimi büruzə verdi.

Yuxarıda qeyd olunanlar bir daha iqtidarın “islahat proqramı”nın səmimi olmasını göstərir.

Cəmiyyətin bu məsələlərə münasibəti bir mənalı deyil. Bir qrup bu görüşlərin iqtidarın yeni komandasının siyasi partiyalarla tanışlığı, digər bir qrup isə bunu “növbədənkənar parlament seçkiləri”nin yaratdığı tonusun aşağı salınması üçün atılan addım kimi dəyərləndirir. Radikal kəsim isə hər zaman olduğu kimi bu görüşə gedənləri “xəyanətdə” ittiham edir, eyni zamanda hakimiyyətin qorxaraq geri çəkilməsi kimi dəyərləndirirlər (xislətlərinə uyğun olaraq).

Ümid edək ki, siyasi partiya liderləri iqtidarın bu addımına heç bir rəng qatmadan prosesin səmimiliyinə inanacaq və öz dəstəklərini əsirgəməyəcəklər. Qalanını isə zaman göstərəcək.

Loading...

www.yenicag.az

383
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100