!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya statusundan İMTİNA: “Əgər bu təşkilatlar məntiqlə düşünsələr, o zaman...” – MÖVQE

!Reklam – Yazi

“Bəzi kateqoriyalara aid partiyalar yeni qanunda yer alan müddəalara uyğun gəlmirlər”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsindən sonra mövcud partiyalardan bir çoxunun öz təşkilatı formalarını dəyişmək ehtimalına toxunan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

AVP sədrinin fikrincə, yeni qanunun tətbiqindən sonra bir sıra partiyaların birləşməsi və ya sadəcə olaraq, fəaliyyətlərini dayandırmaları daha doğru addım olardı:

“Bəli, yeni qanunun qüvvəyə minməsindən sonra siyasi həyata partiya statusunda daxil olan bəzi təşkilatların bu statusdan imtina etmələrinə dair nümunə var. Hesab edirəm ki, bu qərar indiki reallığa uyğundur.

Ümumiyyətlə yeni qanunda əksini tapan tələbləri yerinə yetirə bilməyənlər məntiqlə düşünsələr, o zaman partiya statusundan imtina edən təşkilatların sayı çox olacaq.

Açıq desək, bəzi kateqoriyalara aid partiyalar yeni qanunda yer alan müddəalara uyğun gəlmirlər. Onların arasında rəhbəri xaricdə yaşayanlar, qərargahsız fəaliyyət göstərənlər, yerli strukturları və seçkili orqanları olmayan, qeydiyyatdan keçmək şansı görünməyən partiyalar var.

Ona görə də yəqin ki, bu partiyalar düşünüb-daşınıb ya özlərini buraxacaqlar, ya da aralarında razılığa gəlib birləşəcəklər. Nəzərdə tutulan partiyaların rəhbərləri neçə ildir siyasətdədirlər, bir-birilərini tanıyırlar. Bu üzdən onların bir araya gəlmələri mümkündür”.

A.Zeynalov

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv