!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyalar özfəaliyyət dərnəyi deyil ki, hər məhəllədə biri yaradılsın” – Keçmiş nazir

!Reklam – Yazi

“Müstəqilliyin illk illərində partiya quruculuğu məsələsində ciddilik aradan qaldırıldı”.

Bu fikirləri Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra yaranan durumu dəyərləndirən sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə Azərbaycanda onlarla partiyanın yaradılması normal hal deyil:

“Öncə onu deyim ki, uzun müddətdir, heç bir siyasi partiyanın üzvü olmadığım üçün yeni qanun haqqında yalnız ümumi şəkildə məlumatım var. Bu seçimim onunla bağlıdır ki, Azərbaycanda partiyalar ideoloji yox, fərdi ambisiyalar zəminində yaradılır. Ona görə də on milyonluq ölkədə onlarla partiya qurulub.

Axı partiyalar özfəaliyyət dərnəyi deyil ki, hər məhəllədə biri yaradılsın. Çox təəssüf ki, müstəqilliyin ilk illərində partiya quruculuğu məsələsində ciddilik aradan qaldırıldı və bu qədər partiya quruldu. Əhalinin sayını nəzərə alsaq, Azərbaycanda üç-dörd, ən uzağı beş partiyanın olması kifayətdir. İnsanlar da öz siyasi baxışları əsasında onların arasından seçim etsinlər.

Mövcud partiya sədrlərinin çoxu dostumdur, bu sözlərimdən bəlkə də inciyəcəklər. Ancaq partiyalar geniş struktura malik və kütləvi olmalıdırlar. Yoxsa sədrindən, onun qovluğundan və üç-beş tanışından ibarət partiyaların cəmiyyətə nə faydası dəyə bilər?”.

A.Zeynalov

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv