!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiyalar üçün HƏLLEDİCİ HƏFTƏ: “Təkrar qeydiyyatdan keçmək üçün tələb olunan...” – RƏY

!Reklam – Yazi

“Müşahidələr bunu deməyə əsas verir ki, bəzi partiyalar üzvlərinin. sayını tələb edilən həddə çatdırmaq istiqamətində o qədər də fəallıq göstərmədilər”.

Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyatdan keçmələri üçün verilmiş müddətin son həftəsində yaranmış vəziyyəti dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, partiyalar tərəfindən müvafiq sənədlərin təhvil verilməsinə artıq yeni iş həftəsinin ilk günündən başlanılıb:

“Bu proses ilin əvvəlindən davam edir və bildiyim qədər, artıq 30-a yaxın partiya öz fəaliyyətini dayandırmağa qərar verib. Yerdə qalan təqribən o sayda partiya təkrar qeydiyyatdan keçmək üçün yəqin ki, müvafiq sənədlər üzərində hazırlıq işlərini tamamlayıblar. Sənədlərin təhvil verilməsinə artıq yeni iş həftəsinin ilk günündən başlanılıb və bizim partiya təkrar qeydiyyat üçün üzvlərimizin siyahısını dünən təqdim etdi, cavab verilməsini gözləyirik. Ümumiyyətlə, müşahidələr bunu deməyə əsas verir ki, bəzi partiyalar üzvlərinin. sayını tələb edilən həddə çatdırmaq istiqamətində o qədər də fəallıq göstərmədilər. Bəlkə də aktiv şəkildə çalışırlar, sadəcə, bizim məlumatımız yoxdur. Hər halda, bu gün üçün aydın bir mənzərə yoxdur. Ancaq fikrimcə, qarşıdakı iki-üç həftə ərzində partiyaların təkrar qeydiyyatı ilə bağlı vəziyyət tam müəyyənləşər”.

A.Zeynalov

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv