!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiyaların Milli Məclis TOPLANTISI: “Təşkil edilmiş çıxışların olması yaxşı hal deyildi” – RƏY

!Reklam – Yazi

“Tədbirdə əsas diqqət layihədəki partiyaların bir çoxunu narahat edən müddəalara yönəldildi”.

Bu fikirləri Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə əlaqədar oktyabrın 24-də keçirilmiş ictimai dinləmənin nəticələrini dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, bu tədbirdə səsləndirilən fikirlərin nə dərəcədə nəzərə alınacağını indidən söyləmək çətindir:

“Milli Məclisdə baş tutan ictimai dinləmə yaxşı təşkil edilmişdi. Vitse-spiker Fəzail İbrahimlinin aparıcılığı ilə keçirilən dinləmələrdə müxtəlif mövqelərə malik partiyaların sədrləri qanun layihəsi ilə bağlı öz fikirlərini bildirdilər.

Təbii ki, tədbirdə əsas diqqət layihədəki partiyaların bir çoxunu narahat edən müddəalara yönəldildi. Dinləmədə iştirak edən Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Zahid Oruc və digərləri layihənin Avropa ölkələrinin təcrübəsi əsasında hazırlandığını vurğuladılar. Ancaq bu fikir birmənalı qarşılanmadı və əks mövqelər də bildirildi.

Qeyd olundu ki, ictimai dinləmələr davam etdiriləcək və irəli sürülən təkliflər ciddi şəkildə nəzərdən keçiriləcək. Açığını deyim, ictimai dinləmədə bəzi təşkil edilmiş çıxışların olması yaxşı hal deyildi. Bununla belə, proses hələ yekunlaşmayıb. Ona görə də bu tədbirdə səsləndirilən fikirlərin nə dərəcədə nəzərə alınacağını indidən söyləmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv