!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiyaların qeydiyyatında SON VƏZİYYƏT: "Səhvlərimizi düzəldib, yenidən..." - Partiya SƏDRİ

!Reklam – Yazi

“Bəziləru hay-küy saldı, məlum oldu ki, heç təşkilati strukturları yoxdur”.

Bu sözləri partiyaların yeni qanuna görə formalaşması və gedən prosesləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açaqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, prosesin belə gedəcəyi gözlənilən idi:

“Yeni qanun qəbul olunub. Yeni qanunun tələblərinə uyğun hər bir partiya təşkilati strukturunu qurmalıdır. Qanun qəbul olunmamışdan əvvəl, layihə vaxtı çoxlu təkliflərlə çıxış etdik, tənqidlərimizi səsləndirdik. Böyük əksəriyyət səsini kəsmişdi, mürtəci çıxışlar edirdi. Qanun qəbul olunandan sonra hamı onun tələblərinə uyğun hərəkət etməlidir. Yeni qanunun tələblərinə uyğun hansı səhv varsa, onu düzəltmək lazımdır. Bəziləri hay-küy saldı. Məlum oldu ki, heç təşkilati strukturları da yoxdur. Heç bir ajiotaj yaratmadan yeni qanunun tələblərinə uyğun səhvlərimizi düzəltməliyik. Bizim partiyada heç bir ciddi problem yoxdur. Səhvlərimizi düzəldib, yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik.

İkinci mərhələdə bəzi partiyaların sıradan çıxacağını da gözləmək olar”.

Səxavət Məmməd

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv