!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyaların təkrar qeydiyyat prosesinə kölgə salmaq istəyənlər...” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

“Qeydiyyat prosesi yekunlaşdıqdan sonra partiyalar üçün yeni dönəm başlayacaq”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat prosesinin gedişini dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu proses siyasi partiyaların gələcək fəaliyyətinə təkan verəcək:

“Öncə onu qeyd edim ki, siyasi partiyaların fəaliyyətini nizamlayan yeni qanunun qəbulu bir sıra aspektlərdən çox faydalı oldu. İlk növbədə deyə bilərik ki, partiyaların üzv sayının beş min nəfər civarında müəyyənləşməsi siyasi partiyalara öz resurslarını yenidən dəyərləndirmək imkanı qazandırdı.

Belə olduqda, partiyaların mərkəzi qərargahları ilə – təbii, ciddi fəaliyyəti olan partiyaları nəzərdə tuturam – rayon təşkilatları, yerli strukturlar, ayrı-ayrı üzvlər arasında əlaqələr yenidən bərpa olundu, koordinasiya işi təkmilləşdi.

Hesab edirəm ki, partiyaların təkrar qeydiyyat prosesi çox obyektiv aparılır. Ədliyyə Nazirliyində təqdim olunan üzvlər siyahısındakı adlar bir-bir yoxlanılır, dəqiqləşdirmələr aparılır və yekun qərar verilir. Həmin tələbləri yerinə yetirə bilməyən partiyalar bu prosesin obyektivliyinə kölgə salmağa çalışırlar.

Fikrimcə, qeydiyyat prosesi yekunlaşdıqdan sonra partiyalar üçün yeni dönəm başlayacaq. Bildiyiniz kimi, Vətən müharibəsi ərəfəsində partiyalar bir araya gələrək həmrəylik nümayiş etdirmişdilər və bu addım ölkənin siyasi həyatına rəng qatmışdı. Ümumiyyətlə, bu proses siyasi partiyaların gələcək fəaliyyətinə təkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv