!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Partlayış baş verən su kəməri sovet dövründə çəkilib" - Azərsu

!Reklam – Yazi

“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir”.

Yenicag.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Qurum rəsmisi bildirib ki, hazırda əhalinin su ilə təchizatında problem yoxdur:

“Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.

Qeyd edək ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv