!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda partlayışda həlak olan qadın dəfn edildi

!Reklam – Yazi

 

Biləsuvar şəhərində yaşayış binasında partlayış zamanı həlak olan 1988-ci il təvəllüdlü Günay Əliyeva dəfn edilib.

Yenicag.az xəbər verir ki, “Report”un Muğan bürosunun məlumatına görə, o, rayonun Təzəkənd kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.

Qeyd edək ki, qadının hadisə zamanı xəsarət alan övladları – 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyevin müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.

***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir.

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv