!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Arayikdən üz çevirdi - Separatçı dəstəni qəbul etmədi

!Reklam – Yazi

Xankəndidəki separatçı-terrorçuların “başçısı” Arayik Arutyunyan dəstəsi ilə birlikdə üç gündür İrəvandadır.

Yenicag.az xəbər verir ki, separatçı dəstənin İrəvana getməsinin səbəbi Praqa görüşündən sonra gələcək talelərinin müzakirə edilməsidir.

Lakin Ermənistan mediası Arayik və dəstəsinin nə Paşinyanla, nə də hökumətin hansısa qanadı ilə görüşünün hələ də keçirilmədiyini yazır.

Məlumata görə, Arayik və dəstəsini Ermənistan parlamentinin spikeri Alen Simonyan qəbul etməlidir. Simonyan Rusiyada səfərdədir və qəbul yalnız səfərdən sonra baş tuta bilər.

“Arayik Arutyunyan və “nümayəndə heyətini” Paşinyan qəbul etməli idi, lakin baş nazir görüşdən imtina edib, əvəzində Simonyanla danışıqlar aparılmalıdır”, – Ermənistan mediası yazır.

Qeyd edək ki, bir qrup erməninin Praqa görüşündən sonra Xankəndidə başlatdığı etiraz davam edir. Onlar Arayik və dəstəsinin İrəvandan qayıtmasını və suallarını cavablandırmasını gözləyirlər. Aksiyanın təşkilatçılarından olan Tiqran Petrosyan deyir ki, üç gündür İrəvanda olan Arayik Arutyunyanın Xankəndiyə qayıtmayacağından da şübhələnirlər.

Separatçı rejim isə erməni jurnalistlərin Arutyunyanın qayıdıb-qayıtmaması haqda sualına cavab vermir. Ermənistan hökuməti “görüşlər keçirilsə, məlumat veriləcək” – deyə qısa açıqlama yayıb./Publika.az/

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv