!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan: "Azərbaycanın Ermənistanla 3 prinsip üzrə sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ bəlli deyil"

!Reklam – Yazi

Paşinyan: Azərbaycanın Ermənistanla üç prinsip üzrə sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ də bəlli deyil

Yenicag.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video suallarını cavablandırarkən eyib. O əlavə edib ki, danışıqlar zamanı bu üç prinsip razılaşdırılıb.

“Hazırda Azərbaycanın Ermənistanla üç prinsip üzrə sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ də bəlli deyil.

Bu prinsiplərdən birincisi Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkinci prinsip ondan ibarətdir ki, delimitasiya üçün əsas Almatı bəyannaməsidir. Üçüncü prinsip ondan ibarətdir ki, iki ölkə arasında kommunikasiyalar qarşılıqlılıq və bərabərlik prinsipi əsasında ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmətlə açılmalıdır.

Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir.

Danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Bildiyiniz kimi, noyabrın 30-da sərhəd demarkasiyası komissiyalarının iclası formatında keçirilməsi nəzərdə tutulur. Biz bu müzakirələrdən nəticə çıxaracağıq.

Faktlar ondan ibarətdir ki, bizdə hələ də belə bir inam yoxdur. Baxmayaraq ki, Azərbaycan bəyanat verib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma burada onların Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır. Bu məsələlərin aydınlaşdırılması qarşıdakı danışıqlar proseslərinin əsas vəzifəsidir”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv