!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan baş ağrısından qurtulmağa çalışır" - Erməni mediası

!Reklam – Yazi

“Paşinyan baş ağrısından qurtulmağa çalışır”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Qəzet yazır ki, Ermənistan hökumətinin dünənki iclasında Qarabağdan könüllü köçmüş ermənilərə qaçqın statusu verilib. Ermənistan hakimiyyətinin bu addımı Qarabağ erməniləri arasında birmənalı qarşılanmayıb.

“Qarabağ ermənilərinin bəziləri belə bir qərarı səbirsizliklə gözləyirdilər. Çünki onların Ermənistan hakimiyyətinə heç bir ümidləri yoxdur və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək.

Digərləri, Qarabağla bağlı ümidini itirməyənlər isə ümidsizliyə qapıldılar. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın vaxtlarda Qarabağın statusu və onların ora qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır.

Belə bir status verməklə yaxın gələcəkdə Ermənistanın başqa ölkələrdə məskunlaşacaq Qarabağ xalqından azad olacağına ümid edir.

İnsan yoxdur, deməli problem yoxdur”, – “Hraparak” qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv