Paşinyan baş nazir seçilmədi – Parlament buraxılır

Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün keçirilən iclasda Paşinyan deputatların etimadını qazanmadığına görə, qanunvericiliyə əsasən, parlament avtomatik olaraq buraxılır.

Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır.

COP29