!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Baş Qərargahı rəisinin birinci müavinini vəzifəsindən AZAD ETDİ

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki,
Ermənistan prezidentinin fərmanı ilə Kamo Koçunts Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini vəzifəsindən azad edilib.

“Mən Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, habelə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun 33-cü maddəsinin 3-cü hissəsinə və 40-cı maddəsinin 1-ci hissəsinin 11-ci bəndinə uyğun olaraq Baş nazirin təqdimatını qəbul edirəm.

Kamo Koçunts Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilsin”, – fərmanda deyilir.

Qeyd edək ki, fevralın 3-dən Ermənistan Silahlı Qüvvələrində işdən azad olunma və yeni təyinatların gözlənilirdi.
Erməni medisaının yazdığına görə, Nikol Paşinyan Rusiya izlərinin təmizlənməsi prosesini həyata keçirir.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts 2021-ci ildə bu vəzifəyə təyin edilib.

Xuraman Etibarlı

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv