!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan bizimlə kartof kimi rəftar etdi" - Qarabağ ermənisi - VİDEO

!Reklam – Yazi

“Paşinyan bizimlə kartof kimi rəftar etdi”.

Yenicag.az xəbər verir ki, bunu Qarabağdan könüllü köçən erməni qadın deyib. O, yalan vədlərə inanaraq Ermənistana köçəndən sonra taleyin ümidinə buraxılıblar.

“Paşinyan bizimlə kartof kimi rəftar etdi. Bizi Qarabağdan daşıdı, gətirdi, Ermənistan küçələrində buraxdı. Biz Qarabağda normal yaşayırdıq, heç bir şikayətimiz yox idi.

Əgər Paşinyan hökuməti idarə edə bilmirsə, istefa versin. Görün Ermənistanda nələr baş verir. Ölkə dəlixanaya çevrilib. Ancaq on faiz insan yaxşı yaşayır, qalanları səfalət içində yaşayır. Rusiyadakı, xaricdəki ermənilər erməni olmaqlarından utanırlar.

Paşinyan istəyir ki, biz azərbaycanlılarla yanaşı yaşayaq, bacı-qardaş kimi. Azərbaycan müharibədə qalib gəldi, bizsə məğlub olduq. Biz çox pis alçaldıldıq, təhqir olunduq. Necə bir yerdə yaşaya bilərik?”, – erməni qadın bildirib.

Daha bir erməni isə Qarabağı 1992-ci ildən “itirdiklərini” vurğulayıb6

“Biz Qarabağı çoxdan itirmişik, 92-ci ildən. Ter-Petrosyan hakimiyyətə gələndən. O, türkdür. Onu yoxlamaq lazımdır. İçərimizdəki türkləri çəzalandırmasaq, sakit yaşaya bilməyəcəyik.

Azərbaycanlılar artıq İrəvanda çay içəcəkləri barədə danışırlar. Nəticədə belə də olacaq. Bizim də taleyimiz Qarabağ ermənilərininki kimi olacaq. Serj, Robert, Nikol Petrosyanın yolunu davam etdirirlər”.

Xuraman Etibarlı

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv