!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan bütün bunlar barədə Mişel, Şolts və Makrona nə deyəcək?" - Şarmazanov - VİDEO

!Reklam – Yazi

“Paşinyan bütün bunlar barədə Mişel, Şolts və Makrona nə deyəcək?”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) İcra orqanının nümayəndəsi, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

O, Paşinyanın Qərbdən icazəsiz Rusiyaya getməsi, Orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi və hətta oranı birlikdə tərk etməsi barədə onlara necə cavab verəcəyini sual edib.

“Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makrona Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə nə deyəcək?

“Bu mənim günahım deyil, özü gəldi” deyəcək?

Görünür, Rusiya Qərbdən danışıqlar brokeri rolunu “ələ keçirməyə” çalışır.

Əliyev və Paşinyan il boyu Qərbin vasitəçiliyi ilə danışıqlar apardılar, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdılar, amma Sankt-Peterburqda görüşdülər.

Paşinyan bütün bunlar barədə Mişel, Şolts və Makrona nə deyəcək?

Sovet istehsalı olan “Brilyant əl” filmindəki kimi “Mən günahkar deyiləm, o, özü gəldi” deyəcək? – Eduard Şarmazanov qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında qeyri-rəsmi görüş olub.

Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli formatda müzakirələr aparılıb.

Xuraman Etibarlı

 

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv