!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan bütün dünyaya zəng edir, amma Moskvaya yox, çünki..." - Markov

!Reklam – Yazi

Paşinyan bütün dünyaya zəng edərək Ermənistanı müdafiə etməyi xahiş edir.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Teleqram kanalda yazıb. O bildirib ki, Paşinyan əl-ayağa düşüb, qapı-qapı dünya liderlərindən kömək istəyir.

“Paşinyan bütün dünyaya zəng edərək Ermənistanı müdafiə etməyi xahiş edir.

O, bu gün Fransa, Almaniya, İran və Gürcüstan liderlərinə zəng edib.

Baydenə də zəng etdi, lakin Bayden onunla danışmaqdan imtina etdi, ona görə də dövlət katibi Blinkenlə danışmalı oldu.

Paşinyan Moskvaya zəng etmir. Çünki bilir ki, Moskvada ona – satqın adama nifrət edirlər.

Paşinyanın planı sadədir – öz təxribatları ilə Azərbaycanı Qarabağa qoşun yeritməyə məcbur etmək. Ermənistanın bu məğlubiyyətində Rusiyanı günahlandırmaq. Və Ermənistandakı məyusluqdan istifadə edərək, Ermənistanı Rusiyadan kəskin şəkildə Rusiyanın düşmənləri olan Qərbə tərəf çevirmək.
Bunda o, öz tarixi missiyasını görür – Rusiyaya xəyanət etmək və Ermənistanı Qərbə aparmaq”.

Xuraman Etibarlı

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv