!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan diasporun onu devirmək istəyən müxalifəti dəstəkləyəcəyindən çəkinir” – ŞƏRH

!Reklam – Yazi

“Diasporun ölkədaxili siyasi proseslərə fəal müdaxiləsi, müxalifətə dəstəyi, ilk növbədə, ona maliyyə yardımı göstərməsi Paşinyana böyük problemlər yarada bilər”.

Bu fikirləri Ermənistan hakimiyyətinin diasporun bir sıra tanınmış nümayəndələrinin ölkəyə girişinə imkan verməməsinin səbəblərini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu çərçivədə Paşinyanı ehtiyatlandıran digər məqam diasporun Qarabağda gərginliyi artıra bilmək ehtimalıdır:

“Bəli, Ermənistan hökumətinin, əsasən, daşnaklardan ibarət olan diaspor təmsilçilərinin ölkəyə girişinə imkan verməməsi ciddi məsələdir. Bilirsiniz ki, diaspor Ermənistanın əsas dayaqlarından biri olaraq İrəvanın siyasətinin müəyyənləşməsində də mühüm rol oynayır.

İndiki vəziyyətdə Paşinyanın diaspor nümayəndələrini ölkəyə buraxmaması, ilk növbədə, daxili siyasi proseslərlə bağlıdır. Məlum olduğu kimi, erməni diasporu Paşinyanın siyasətindən narazıdır və bunu açıq formada ifadə edir.

Bu səbəbdən Paşinyan diasporun onu devirmək istəyən müxalifəti dəstəkləyəcəyindən çəkindiyi üçün xaricdən gələn daşnakların ölkəyə buraxılmamasına qərar verib.

Həqiqətən də, diasporun ölkədaxili siyasi proseslərə fəal müdaxiləsi, müxalifətə dəstəyi, ilk növbədə, ona maliyyə yardımı göstərməsi Paşinyana böyük problemlər yarada bilər. O da bunun qarşısını almaq üçün belə radikal addımlar atır.

Eyni zamanda, Paşinyanın diaspor nümayəndələrinə qarşı bu mövqeyi həm də Qarabağ nizamlaması ilə əlaqədardır. Hazırda Paşinyan sözdə də olsa, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyindən danışır. Erməni diasporu da müxalifətlə həmrəylik sərgiləyib bu yanaşmaya qarşı çıxır. Paşinyanın diaspor təmsilçilərinə meydan verməmək niyyəti həm də bununla bağlıdır”.

A.Zeynalov

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv