!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan Əliyevə və Ərdoğana yaxşı hədiyyə etdi” - Krivopuskov

!Reklam – Yazi

“Paşinyan Əliyevə və Ərdoğana yaxşı hədiyyə etdi”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyinin keçmiş müşaviri, Ermənistanla Rusiya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov Ermənistana daxil olmaqdan imtina ilə bağlı erməni mediasına açıqlamasında deyib.

“Bütün şüurlu həyatını Ermənistan və Artsaxın erməni xalqının maraqlarının müdafiəsinə həsr etmiş bir ictimai xadim kimi mənə münasibət məni sarsıtdı”, – diplomat vurğulayıb.

Krivopuskov pasportunun əlindən alındığını və deportasiya olunacağını bildirib.

O, əlavə edib ki, hələ sovet dövründən “Üsyankar Qarabağ. SSRİ Daxili İşlər Nazirliyi zabitinin gündəliyindən” kitabından sonra Azərbaycana girişi qadağan edilib.

“Baş nazir Nikol Paşinyan mənim Ermənistana girişimə qadağa qoymaqla prezident İlham Əliyevə və prezident Rəcəb Tayyib Ərdoğana yaxşı hədiyyə etdi”, – o deyib.

Məsimə

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv