!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan hakimiyyətinə də bəllidir ki, Azərbaycanla sülhə alternativ yoxdur" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanı sülhdən yayındırmaq üçün bütün vasitələrdən istifadə edəcəklər”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında 2023-cü ildə sülh müqaviləsi imzalanması ehtimalı haqqında danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Nikol Paşinyan hakimiyyətinə də Azərbaycanla sülhə alternativ olmadığı bəllidir:

“Ermənistan hazırda işsizliyin və yoxsulluğun səviyyəsinə görə dünyada lider ölkələrdən biridir. Bütün dilənçiliklərinə rəğmən, əvvəlki formada yardım ala bilmir. Qarabağın işğaldan azad olunması ilə Ermənistan büdcəsinə daxil olan illeqal gəlirlərin bir çoxu sıradan çıxdı. Belə olan təqdirdə, Paşinyan hakimiyyətinə də yaxşı bəllidir ki, Azərbaycanla sülhə alternativ yoxdur.

Azərbaycanla sülh həm də Ermənistanın Türkiyə ilə yaxınlaşması deməkdir. İki sərhəd ölkə ilə əbədi düşmənçilik bir ölkəyə yaxşı nə perspektiv vəd edə bilər?

Ermənistan daxilində ictimai fikrin türk düşmənçiliyindən uzaqlaşdırılması üçün ideoloji iş aparılmır. Müxalifət radikal milliyətçiliyin Ermənistan cəmiyyətində trend olmağını öz mövcudluğu ilə ekvivalent görür. Paşinyan hakimiyyəti xalqdan qorxduğu üçün inqilabi addım ata bilmir.
Azərbaycanla sülh Ermənistanın türk dünyası ilə münasibətlərində böyük bir yenilik vəd edir. Tarix boyu Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə maşa kimi istifadə edən qüvvələr sülhü sabotaj etmək istəyir. Həmin qüvvələr Ermənistanı sülhdən yayındırmaq üçün bütün vasitələrdən istifadə edəcək.

Zəngəzur dəhlizi regional faktor deyil, qlobal kommunikasiya layihəsidir. Layihənin gerçəkləşməsində böyük güclər öz maraqlarını artıq ehtiva edib. Zəngəzur dəhlizi təkcə Azərbaycanın digər regionları ilə Naxçıvan arasında quru əlaqəsi deyil, həm də postpandemiya dövrünün mühüm iqtisadi gələcəyidir. İlham Əliyev dəfələrlə bildirib ki, ya xoşluqla, ya da zorla Zəngəzur dəhlizi açılmalıdır. Bunun başqa heç bir şərhi yoxdur. Bütün basqılara rəğmən, Azərbaycan layihə ilə bağlı artıq işlərə başlayıb. Zəngəzur dəhlizi mütləq formada reallaşacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv