!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan hökumətinin SÜQUT QORXUSU: “Rusiyanın bu planının nə dərəcədə baş tutacağı...”

!Reklam – Yazi

“Yaxın gələcəkdə Rusiyadakı erməni diasporu ilə bağlı addımların atılacağı da proqnozlaşdırılır”.

Bu fikirləri kəskinləşən Rusiya-Ermənistan münasibətləri fonunda proseslərin mümkün inkişafı istiqaməti haqda danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanla Rusiya arasında qarşılıqlı ittiham ritorikası getdikcə kəskinləşir:

“Proseslərə yanaşma müəyyən ölkələrin ikinci, üçüncü dərəcəli rəsmi şəxslərinin bəyanatlarında özünü biruzə verirdisə, artıq hər iki dövlətin media müstəvisində həm Rusiya, həm də Ermənistan liderinin əleyhinə ittiham ritorikası genişlənib.

Ermənistanda Putinə, Rusiyada isə Paşinyana qarşı səsləndirilən ittihamlar, iki ölkə arasında münasibətlərin kəskinləşməsi, proseslərin geri dönməsi mümkün olmayan istiqamət götürdüyünü söyləməyə əsas verir. Proseslərin gedişatında Rusiyanın Ermənistana qarşı bütün təzyiq vasitələrindən istifadə edəcəyi ehtimalı yüksəkdir.

Yaxın gələcəkdə Rusiyadakı erməni diasporu ilə bağlı addımların atılacağı da proqnozlaşdırılır. Kreml Rusiyada qanunsuz “miqrantlar ordusu”nda olan ermənilərin evlərinə geri dönüşünə xidmət edən müəyyən addımlar ata bilər.

Əlavə olaraq, Ermənistanın daxilindəki rusiyayönümlü şəxslərin Paşinyana qarşı daha fəal mübarizəyə qaldırılacağı da mümkün gözləntilər sırasındadır. Artıq Paşinyan da açıq kartlarla oynamağa başlayıb. Əgər buna qədər Ermənistanda Rusiyanın hakimiyyəti dəyişmək istədiyini müəyyən eyhamlarla eşidirdiksə, artıq hökumət başçısı səviyyəsində bəyanatların səsləndiyini görürük.

Baş nazir də qarşıda təhlükənin olduğunu bilərək müəyyən addımlar hazırlayır. Fransa hərbçilərinin ölkəyə gətirilməsi, Avropa İttifaqı missiyasının üzvlərinin sayının artırılması, Paşinyanın mühafizəsinin gücləndirilməsi, Qərbyönümlü QHT-lərə daha çox dəstəyin verilməsi və başqa addımlar baş nazirin əks-həmlələridir.

Paşinyanın hakimiyyəti əvvəlki illərlə müqayisədə kifayət qədər möhkəmlənib. İndi onu hansısa etiraz aksiyaları ilə devirmək o qədər də asan görünmür. Rusiyanın planının gerçəkləşəcəyini, yaxud gerçəkləşməyəcəyini indidən söyləmək çətindir. Lakin Rusiyada postsovet məkanında “Məxməri inqilablar”ı “Əks-məxməri inqilablar”la geri döndərmək təcrübəsi var. Bunu 2008-2009-cu illərdə Qırğızıstanda, 2010-cu ildə Ukraynada, 2012-ci ildə isə Gürcüstanda müşahidə etdik”.

Nəsimi Əlsəgərli

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv