!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan kəndləri qaytarmaq üçün Azərbaycandan vaxt istəyib" - Baqdasaryan

!Reklam – Yazi

“Nikol Paşinyan açıq bildirib ki, 4 kəndi Azərbaycana qaytarmağa hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində politoloq Armen Baqdasaryan deyib.

Baqdasaryan bildirib ki, Ermənistan Azərbaycanın anklav kəndlərini qaytarmaq üçün vaxt istəyib.

“Əslində, Paşinyan çox aydın dedi ki, o, Azərbaycanın Tavuş rayonu istiqamətində dörd anklav kəndini geri qaytarmağa hazırdır, bunu çox açıq şəkildə deyib.

Çünki bu kəndlər Ermənistana aid deyil və heç vaxt olmayıb, ona görə də Azərbaycanın kəndləridir.

Paşinyan özü dedi ki, bu, Azərbaycan kəndləridir və təbii ki, bu kəndlər geri qaytarılmalıdır.

Amma mən bunu belə başa düşdüm ki, o, vaxt istədi. Vaxtı ona görə istədi ki, Ermənistan yolları dəyişdirsin, Azərbaycan ərazisindən keçməsin.

Söhbət Gürcüstana gedən dövlətlərarası yoldan gedir. O, Azərbaycan ərazisinə girməməsi üçün yolların bərpası üçün vaxt istəyib.

Aydın məsələdir ki, əsas səbəb bu idi. Azərbaycan 4 kəndin dərhal ona təhvil verilməsini tələb etdi.

Nikol Paşinyan da dərhal mətbuat konfransı keçirərək Azərbaycanı əmin etdi ki, bəli, onları verməyə hazırdır. Sadəcə olaraq, onların yolunu dəyişməsi üçün bir az vaxt lazımdır”, – Baqdasaryan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv