!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Moskva qarşısında diz çökür? - Deputatdan açıqlama

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın sonunda Rusiyaya səfər etməsi, Avrasiya İqtisadi İttifaqının tədbirində iştirak edəcəyini bildirməsi İrəvanın Moskvaya məğlub olub-olmaması məsələsi deyil. Əslinə qalsa, ümumiyyətlə, Ermənistanın siyasəti yoxdur. Onlar gah Qərbə üz tutub oradan nə isə qoparmaq istəyir, gah da Rusiyaya deyirlər ki, onun moderatorluğu ilə yaradılmış təşkilatlardan çıxmaq istəyirlər və s. Qısası, müstəqil siyasət olmayanda həmişə belə olur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V. Əhmədovun qənaətinə görə, Ermənistan liderindən fərqli olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil siyasət aparır və dediyinin arxasında durur:

“Amma Paşinyan gah Qərblə, gah da Rusiya ilə oynayır. Dövlətin siyasəti olmalıdır. Bunun üçün də dövlətin iqtisadi azadlığı, normal iqtisadiyyatı olmalıdır. Ermənistanın iqtisadiyyatının əsas hissəsi isə Rusiyanın, daha doğrusu rus biznesmenlərin əlindədir”.

Deputatın sözlərinə görə, onsuz da gec-tez gözlənilən idi ki, Paşinyan yenə Rusiyaya meyllənəcək:

“Bu məsələdə qeyri-adi heç nə görmürəm. Doğrudur, Ermənistan Avropadan vəsaitlər və müəyyən qədər silah-sursat qopardı. Amma həmişə demişəm, yenə də təkrar edirəm ki, İrəvan bölgədə sabitlik istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normal səviyyədə qurmalıdır. O cümlədən Azərbaycanın 5 bəndlik təkliflər paketi qəbul olunmalı, sülh müqaviləsi imzalanmalıdır. Axı qapalı şəkildə mövcudluq mümkün deyil. Ona görə də İrəvan qonşularla əlaqə qurmalı, okeanın o tərəfində özündə silahdaş axtarmamalıdır.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv