!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Münxendə istefa verməsi ilə bağlı suala belə cavab verdi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Münxendə erməni icmasının nümayəndələri ilə görüşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə iştirakçılardan biri Paşinyanı kəskin tənqid edib.

İcma nümayəndəsi Paşinyana müraciətində deyib: “Siz 6 ildir ki, hakimiyyətdəsiniz və əvvəldən “Artsax” (Qarabağ – red.) danışıqlarına görə bütün məsuliyyəti öz üzərinizə götürmüşdünüz. “Qarabağ Ermənistandır və nöqtə” dediniz və nəticədə itkilərimiz oldu, məğlub ölkənin baş naziri oldunuz. 2020-ci ildən bir daha hakimiyyət şansı əldə etdiniz və Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qoruyacağınıza söz verdiniz, halbuki hökumət planında öz müqəddəratını təyin etmək hüququ yazılsa da, qeyd edək ki, sizin bu siyasətiniz də iflasa uğradı. Məğlub olan ölkənin baş naziri sülh erası elan etdi. Siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdınız. İndi də qeyri-legitim hökumət, ikinci respublikanın itirilməsindən sonra qeyri-legitim baş nazir, korrupsiya qalmaqalı. Cənab Paşinyan, bütün bu uğursuzluqlar sizin administrasiyanız dövründə baş verib, müxtəlif səbəblər gətirəcəksiniz, amma fakt öz yerində qalır.

İndi bu qədər uğursuzluqdan sonra istefa verib siyasi meydanı tamamilə tərk etməyə cəsarətiniz varmı?”

Paşinyan cavabında bildirib ki, bir çox siyasi qüvvələr onun getməsini tələb edir: “Amma biz bunu sadə səbəbdən edə bilmərik, çünki biz xalqdan mandat almışıq və biz getsək, o mandatı kimə buraxacağıq?”.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv