!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan "nal-mıx" siyasətini davam etdirir: "Baş verəcək kiçik təxribat Ermənistanın daha ciddi..." - Hərbi ekspert

!Reklam – Yazi

“Paşinyan, görünür, Azərbaycanı növbəti dəfə səsləndirdiyi bəyanatlarla təxribata çəkməyə, daha sərt addımlara istiqamətləndirməyə çalışır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın separatçı rejimi 35 illiyi ilə bağlı təbrik etməsi haqda danışan hərbi ekspert Ədalət verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Paşinyan dəfələrlə öz mövqeyində sərt dəyişikliklər edib:

“Bunlardan biri Ermənistan-Azərbaycan münaqişəsi fonunda Paşinyanın Qarabağla bağlı verdiyi açıqlamalarla müşahidə olunur. Ermənistan Baş naziri bu problemi gah Azərbaycanla Qarabağdakı ermənilərin arasında həll olunmalı olduğunu bildirir, dolayısı ilə Qarabağın Azərbaycanın daxili işi olduğuna inanır, gah problemi Rusiyanın üzərinə atır, gah da separatist hərəkatın ildönümü münasibətilə Qarabağda yaşayan və yolunu azmış Azərbaycan vətəndaşlarına öz təbriklərini ünvanlayır.

Görünür, erməni tərəfi unudur ki, məhz 35 il öncə başlayan separatizm sonunda Ermənistanın maksimalizmə və işğala meyillənməsi ilə nəticələndi. Ancaq bu cərəyanlar Vətən müharibəsindən sonra milli məyusluqla əvəz olundu. Nəticə etibarilə, müharibədən sonra keçən müddət ərzində ən azı üç dəfə Azərbaycan Ermənistan və havadarlarını ümidsizliyə düçar etdi. Bunlar arasında keçən ilin sentyabrın on ikisi-on dördü arasında olan toqquşmaları misal göstərə bilərik. Bu toqquşmalardan sonra Ermənistan ordusunda olan fərari hərbçilərin sayı mindən on bir minə yüksəlib.

Paşinyan baş verənlərdən doğru nəticə çıxarmayıb. Həm də bu, Münxen Təhlükəsizlik Konfransında müzakirə olunan Laçın dəhlizində yaradılacaq nəzarət-buraxılış məntəqəsi ilə bağlı Azərbaycanın verdiyi bəyanatlardan sonra səsləndirilir. Belə olan halda, Paşinyan, görünür, Azərbaycanı növbəti dəfə səsləndirdiyi bəyanatlarla təxribata çəkməyə, daha sərt addımlara istiqamətləndirməyə çalışır. Bu isə birmənalı olaraq Ermənistanın məruz qaldığı ümidsizliyi kuliminasiya nöqtəsinə gətirib çıxaracaq. İstənilən halda, baş verəcək kiçik təxribat Ermənistanın daha ciddi cəzalandırılması ilə nəticələnəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv