!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan növbəti seçkilərə qədər prosesi uzatmaq niyyətindədir" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan tərəfi Ermənistana təsirini artırmalıdır. Təkcə Qarabağ istiqamətində yox, Qazaxın kəndləri, anklav kənd və digər istiqamətlərdə təsir etməlidir. Ermənistanın başının üstündən domokl qılıncı çəkilən kimi fərqli fikrə düşürlər”.

Bu fikirləri Qarabağ ətrafında cərəyan edən hadisələr, erməni tərəfinin sülh çağırışları və Rusiya ilə Qərbin bölgədəki maraqları haqqında danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, cəmiyyətimizin düşüncəsinin əksinə olaraq Paşinyan bu məsələni birdəfəlik həll etmək istəmir:

“Paşinyan hakimiyyətdə olan siyasi qüvvənin təmsilçisidir. Paşinyanın müəyyən öhdəlikləri var. O öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Paşinyanın birinci götürdüyü öhdəlikdən müəyyən qədər vaxt keçib, ancaq heç bir addım atmır.

Məsələyə Azərbaycan, Rusiya və Ermənistan istiqamətindən yanaşmaq lazımdır.

Azərbaycan üçün ATƏT-in Minsk qrupu istisna olmaq şərti ilə vasitəçinin kim olmasının heç bir fərqi yoxdur. Təkliflərimiz, şərtlərimiz var. Bu şərtlər əsasında problem həll olunmalıdır. Hansı görüş olmasından aslı olmayaraq, mövqeyimiz sabitdir.

Rusiya bu məsələni qətiyyən inhisarından çıxarmaq istəmir. Rusiya məsələnin həllini istəmir ki, prosesi dondurulmuş vəziyyətə saxlayaraq həm Azərbaycan, həm də Ermənistana təsir edə bilsin. Rusiyanın Ermənistana təsir gücü daha çoxdur. Ona görə də Lavrov Ermənistan XİN rəhbəri ilə danışanda sərt danışır.

Ermənistan tərəfinə gəldikdə, Paşinyan və komandası sülh danışığına getməyə məcburdur. Ancaq Paşinyan və komandası bu məsələnin həlli üçün hazır deyil. İlk növbədə, Paşinyan qondarma qurumdan əl çəkmir. O istəyir ki, qondarma quruma status verilsin. Paşinyanın özü belə Qarabağın Azərbaycan torpağı olduğunu deməyib. Bu məsələdə yanlışa yol vermək olmaz. Paşinyan danışıqlara ona görə gedir ki, buna məcburdur. Onunla təzyiq dilində danışanda, Azərbaycan təzyiqi artıran kimi yumuşalırlar. Əks halda, Paşinyan növbəti seçkilərə qədər prosesi uzatmaq niyyətindədir. Paşinyan bu məsələnin həllini istəyirsə, qondarma quruma büdcə vəsaiti niyə ayırır? Azərbaycana desin ki, pulu siz verin, öz vətəndaşlarınızdır, öz ərazinizdir”.

Səxavət Məmməd

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv