!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan ona qarşı çıxışlara yer verən 20 illik telekanalı BAĞLATDI - FOTO

!Reklam – Yazi

Ermənistanda 20 illik bioqrafiyası olan televiziya şirkəti bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, 20 ildən artıq efirdə olan “Yerkir Media” televiziyası fəaliyyətini dayandırıb.

““Yerkir Media” televiziyası 20 ildən artıqdır ki, efirdədir. 2004-cü ildən bu telekanal televiziya efirində özünəməxsus yerini qoruyub. Və qanunumuz partiyalara telekanalların olmasını qadağan etsə də, bunun Ermənistan İnqilabi Federasiyası ilə bağlı olması heç kimə sirr deyil.

2018-ci ildən sonra bu telekanal indiki hakimiyyətə əks meydanda göründü və daha azad, müstəqil imic göstərməyə başladı. Bu da təbii ki, Nikol Paşinyanın ürəyincə deyildi və hakimiyyət bu il “Yerkir Media”nı öz əlaltısı Teleradio Komissiyasının əli ilə efirdən götürdü”, – deyə erməni mətbuatı yazıb.

Xuraman Etibarlı 

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv