!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan partiyasından olan 11 deputatı CƏZALANDIRACAQ

!Reklam – Yazi

Paşinyan öz partiyasından olan 11 deputatı cəzalandıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Roma Əsasnaməsi üzrə səsvermədə iştirak etməyən “Vətəndaş Müqaviləsi”nin 11 deputatını cəzalandırmaq qərarına gəlib.

Bundan əvvəl Paşinyan fraksiya iclasında xüsusi olaraq bildirilib ki, Roma Əsasnaməsinin ratifikasiyası siyasi qərardır və hamı bir nəfər kimi lehinə səs verməlidir.

Lakin “Ermənistan” və “Mənim namusum var” müxalif fraksiyaları iclas zalını tərk edərək səsvermədə iştirak etməyiblər.

Zalda olan “Vətəndaş Müqaviləsi”nin 11 deputatı da ratifikasiyanın lehinə səs verməkdən imtina edib.

Xuraman Etibarlı

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv