!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan partiyasının üzvü olmayan məmurları işdən çıxartdırır?

!Reklam – Yazi

Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Erməni nəşri hakimiyyətdəki mənbələrinə istinadla qeyd edib ki, Paşinyan “Vətəndaş Müqaviləsi”nin üzvü olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa cəsarət etməyən bütün məmurları, hətta yüksək rütbəli məmurları da yox etməyi əmr edib.

Eyni zamanda, Paşinyan istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, hamının işdən çıxarılması barədə göstəriş verib:

“Vətəndaş Müqaviləsi” üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sferasında yeri yoxdur.

İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirlərinin işdən qovulması barədə məlumat yayıb. Bunun əsas səbəbi direktorların hakim partiyanın üzvü olmamaları olub.

“Beləliklə, qeyd edə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalifətin bəyanatlarına, fikir ayrılığına dözmürlər”, – deyə “Joxovurd” nəticə çıxarıb.

 

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv