!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Putinə SÖZ VERDİ: Azərbaycanla sərhəddə bu ərazilərdə erməni qoşunları olmayacaq

!Reklam – Yazi

“Moskva səfərindən sonra hakim “Vətəndaş müqaviləsi” fraksiyası səbirsizliklə Paşinyanla görüşü gözləyir ki, onun “rus çarı” ilə nəyi müzakirə etdiyini başa düşsünlər”.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, baş nazir Nikol Paşinyan dünən 9 May – Qələbə Günü münasibətilə İrəvandakı Qələbə parkını ziyarət etsə də, görüşün uğurlu və ya uğursuz olmasına eyham belə etməyib.

“Əvəzində isə onun komandası Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamaları əsasında təxminlər aparmağa başlayıb. O, bəyan edib ki, Putin və Paşinyan “qırmızı xətlər”i aydınlaşdırıb. Komanda hesab edir ki, görüş zamanı Ermənistanın keçməməli olduğu “qırmızı xətlər”ə aydınlıq gətirilib. Söhbət Rusiyanın Ermənistandakı hərbi bazasından, Rusiyanın Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində mövcudluğundan gedir”, – deyə qəzet yazır.

Qəzetin məlumatına görə, Paşinyan Rusiya prezidentinin mətbuat katibinin bəyanatına əsaslanaraq, Putinə təminat verib ki, Rusiya hərbi varlığının Ermənistandan tamamilə çıxarılması məsələsi qaldırılmayacaq, lakin ruslar bəzi məsələlərdə geri çəkilməlidir.

“Alınan razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Geqarkunik, Ararat mərzlərində yerləşən Rusiya sərhədçiləri və hərbi məntəqələri öz yerləşdirmələrini dayandıraraq həmin məntəqələri tərk edəcəklər. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması qərarı da ən yüksək səviyyədə bəyənilib. Yəni Rusiyanın sərhədçiləri Azərbaycanla sərhəd olan ərazilərdən uzaqlaşdırılır və əraziyə Ermənistan ordusu belə yerləşdirilmir ki, bu da Paşinyanın Azərbaycanın xeyrinə yeni güzəştlərə hazırlaşmasından xəbər verir”, – deyə yazıda qeyd olunur.

Rafi Müslümov

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv