!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Putinə zəng etməyə CÜRƏT ETMƏDİ – Məktub göndərdi

!Reklam – Yazi

Nikol Paşinyan Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiya Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik etmək üçün Vladimir Putinə birbaşa zəng etməyə cürət etməyib. O, Putinə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, yenidən Rusiya Federasiyasının prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Ermənistan və Rusiya xalqlarının mənafeyi naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə dialoqun inkişafına ümid etdiyimi bildirirəm.

Sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xuraman Etibarlı

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv