!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Putinin acığına Qərbin qurduğu “yunan tələsi"nə düşdü" - Erməni mediası

!Reklam – Yazi

Paşinyan Putinin acığına Qərbin məharətlə qurduğu “yunan tələsinə” düşüb.

Yenicag.az xəbər verir ki, bunu erməni mediası yazıb.

Məlum olduğu kimi, dekabrın ortalarında Ermənistanın müdafiə naziri Yunanıstana səfər edib və orada ikitərəfli hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Bundan sonra Suren Papikyan Kiprlə ikitərəfli və üçtərəfli məsləhətləşmələr aparıb.

Nəticədə 2024-cü il üçün Ermənistan-Yunanıstan, Ermənistan-Kipr və Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlıq proqramları imzalanıb ki, bu da təbii olaraq erməniləri sevindirib.

Ancaq məlum olub ki, bu məsələdə hər şey o qədər də hamar deyil. Media Rəcəb Tayyib Ərdoğanın da dekabrın əvvəlində Yunanıstana səfər etməsinə diqqət çəkib. Bu da onun münasibətləri normallaşdırmaq istəyindən xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri isə öz növbəsində Yunanıstan-Türkiyə münasibətlərindəki irəliləyişi alqışlayıb. Bu, medianı hədsiz dərəcədə narahat edib.

Deməli, Ararat Mirzoyan medianın yazdığı kimi, Yunanıstanla Ermənistanın düşməni arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Media Paşinyanın komandasının niyə belə qərar verdiyini hələ indi anlayıb və qeyd edib: “Hər daşın altından Türkiyə çıxır”.

Xuraman Etibarlı

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv