!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Putinin andiçmə mərasimində iştirak edəcək? – Deputat AÇIQLADI

!Reklam – Yazi

“Bunun üçün ilk növbədə Rusiyadan dəvət gəlməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakı ilə bağlı xəbərlərə münasibətini bildirən Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, belə bir iştirak üçün ilk öncə Rusiyadan dəvət gəlməlidir.

Deputat qeyd edib ki, bu gün Ermənistanla Rusiya arasında münasibətlər heç də ürək açan səviyyədə deyil:

“Paşinyanın Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı məsələ Ermənistanın daxili işidir. Ancaq nəzərə almaq lazımdır ki, bunun üçün ilk növbədə Rusiyadan dəvət gəlməlidir. Yalnız dəvət aldıqdan sonra Ermənistan mərasimə qatılıb-qatılmayacağı ilə bağlı fikirini bildirə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv