!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan Qarabağın Azərbaycana aid olmasını təsdiq edən sənədə imza atacaq” - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan hökumətində Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı niyyətin olduğu hiss edilir”.

Bunu erməni siyasi ekspert Avetik Çələbyanın “Nikol Paşinyan Qarabağın dağlıq hissəsini Azərbaycana təhvil vermək üçün hər şeyi edir” sözlərinə münasibət bildirən siyasi şərhçi Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki,  erməni siyasi ekspertinin verdiyi açıqlama müəyyən qədər doğrudur:

“Prosesin tam bu cür olduğunu düşünmürəm. Paşinyan hökumətində Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı niyyətin olduğu hiss edilir. Lakin Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı məsələyə yekdil qərar vermək ixtiyarında deyil. Çünki burada həm Fransa, həm Rusiya, həm İran, həm də müəyyən qədər ABŞ faktoru var. Həmin ölkələrin Cənubi Qafqaz regionunda maraqları fərqlidir. Buna görə də Ermənistanı “peşka”ya çeviriblər.

Gələcəkdə baş verə biləcək proseslərə uyğun olaraq, Paşinyan hökumətinin Qarabağın Azərbaycan tərkibində olmasını təsdiq edən sənədə imza atması mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv