!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan Rusiyanı Ermənistanın düşməninə çevirməyə çalışır” - Baqratyan

!Reklam – Yazi

“Paşinyan hər gün yeni absurd fikirlər səsləndirir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu keçmiş baş nazir Qrant Baqratyan fevralın 16-da keçirdiyi mətbuat konfransında deyib.

Baqratyan konstitusiya dəyişikliklərinin zəruriliyi və Müstəqillik Bəyannaməsindən imtina ilə bağlı arqumentləri tənqid edib.

“Siz Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətindəsiniz. Belə bir müqaviləni imzalasanız, deməli, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız.

Paşinyan yemi atır, cəmiyyət də onu həvəslə tutur. Paşinyan sanki Azərbaycanı daha böyük hücuma sövq edir. Sanki “niyə hücum etmək istəmirsiniz? Hücum edin, dəhlizi tutun” deyir.

Biz ictimaiyyəti xəbərdar etməyə borcluyuq ki, Paşinyanın dediyi və etdiyi hər şey yalandır. Bu cür zəiflə kim barışar?”, – Baqratyan bildirib.

O əmin olduğunu bildirib ki, Nikol Paşinyanın istefası vəziyyəti dərhal dəyişəcək:

“Dünən Rusiya açıq şəkildə dedi ki, Ermənistan KTMT-dən çıxmaq lazım deyil, KTMT sizi qoruyacaq.

Görünən odur ki, o (Paşinyan) bir növ Qərblə hesablaşır və Qərb açıq şəkildə deyir: Mənə arxayın olmayın, mən heç nə etməyəcəyəm”.

“Məndə belə təəssürat yaranır ki, Ermənistanın iki geosiyasi seçimi var və hər ikisi pisdir. Birinci halda bizim iki düşmənimiz var – Azərbaycan və Türkiyə.

Təəssüf ki, Paşinyan başqa variant seçir, Azərbaycanı, Türkiyəni və Rusiyanı özünə düşmən etmək istəyir.

Belə bir vəziyyəti heç kim həll edə bilməz. Xalq bunu dayandırmalı, vəziyyəti dəyişməlidir.
Əks halda belə çıxır ki, xalqımız könüllü olaraq növbəti soyqırıma gedir”, – Baqratyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv