!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan üçün Sankt-Peterburqda “TÖVBƏ GÜNÜ”: “Qərb İrəvanın Moskvanı qarşısına almasının...”

!Reklam – Yazi

“Vəziyyət yalnız Ermənistanda mövcud hakimiyyətin Rusiyameylli komanda ilə əvəzlənəcəyi təqdirdə dəyişə bilər”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşün mümkün məqsədlərini şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında gündən-günə artan gərginlik fonunda Qərbin narahatlığı artmaqdadır:

“Çünki Ermənistanda Rusiyameylli qüvvələr ciddi resurslara malikdir. Əlavə olaraq, Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyətdədir və sərhədləri də rus hərbi kontingenti tərəfindən qorunur. Yəni Paşinyan Rusiyanın əli ilə çox rahat şəkildə hakimiyyətdən uzaqlaşdırıla bilər.

Ermənistanın Qərbyönümlü siyasəti Avropadakı mərkəzləri qane etsə də, onlar İrəvanın Kremli qarşısına almasının ciddi risklər doğurduğunu yaxşı anlayırlar. Paşinyanın Sankt-Peterburqa gözlənilən səfərə razılıq verməsi də bunun göstəricisidir.

Qərb Paşinyanın radikal şəkildə Rusiyadan uzaqlaşmaq siyasətindən narazıdır. O baxımdan, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən addım kimi qiymətləndirilə bilər.

Ancaq ümumilikdə Rusiya və Ermənistan arasındakı fikir ayrılıqları indiki məqamda çox dərin, hətta geridönüşü olmayacaq səviyyədədir. Ona görə də vəziyyət yalnız Ermənistanda mövcud hakimiyyətin Rusiyameylli komanda ilə əvəzlənəcəyi təqdirdə dəyişə bilər.

Qərb Ermənistan vasitəsilə regionda söz sahibi olmağa çalışır. Rusiyanın isə başının iki ildir, Ukraynada qarışması Qərbi xeyli şirnikləndirir. Paşinyan bu addımı ataraq Rusiyanın təzyiqlərini bir qədər zəiflətməyi düşünür. Ancaq onun bu məqsədinə çatacağını söyləmək çətindir. Çünki Putin də Paşinyanın görüşə nə üçün gəldiyini çox yaxşı anlayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv